Siyəzəndə iki yük maşını toqquşdu: 1 ölü
Gecə saatlarında Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qobustan rayon sakini, 48 yaşlı Arif Balayevin idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Yevlax rayon sakini, 57 yaşlı Yaqub Səfərovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub. Hər iki yük avtomobili Quba rayonu istiqamətində hərəkətdə olub.
Hadisə zamanı “KamAZ”ın sürücüsü xəsarət almasa da, “MAN”ın sürücüsü ağır yaralanıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:20
1063
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1847
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1909
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1221
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
450
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
19:33
1404