FHN-dən Novruz şənlikləri ilə bağlı yanğın XƏBƏRDARLIĞI
Fövqaladə Hallar Nazirliyi Novruz bayramı şənlikləri ilə bağlı yanğın təhlükəsizliyi xəbərdarlığı edib. APA TV-nin məlumatına görə, xəbərdarlıqda bildirilir ki, Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilmək vacibdir. Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır, tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Bildirilir ki, tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər, Yandırılan şamlar nəzarətsiz qalmamalıdır, əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.
Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?