Ermənilər Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “hökm”ü qüvvədə saxladı
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “apellyasiya məhkəməsi” Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb. APA-nın xəbərinə görə, bu barədə Ermənistanın news.am saytı məlumat yayıb.
Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. HəsənHəsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?