Qaxda ikimərtəbəli ev külə döndü
Qaxda fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanıb. APA TV-nin məlumatına görə, yanğın Qax rayonu Qıpçaq kəndində Nazim Hümbət oğlu İbrahimova məxsus, ümumi sahəsi 160 kv.m olan 4 otaqlı, 2 aynabənddən ibarət ikimərtəbəli fərdi yaşayış evində baş verib. Ev sahibinin yanğından gec xəbər tutması və Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə gec xəbər verməsi səbəbindən yanğın nəticəsində ev içində əşyalarla birlikdə yanaraq külə dönüb. Ev sahibinin sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilməsində fasilə yaranıb. Evi işıqlandırmaq üçün şamdan istifadə olunub, yatanda isə şamı söndürməyiblər. Yanğına da şamın aşmasının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?