İraqda 386 İŞİD terrorçusu öldürülüb
İraqda İŞİD terrorçularına qarşı aparılan əməliyyatlar nəticə verməyə başlayıb. İraq qoşunları ötən bir neçə gündə Səlahəddin və Ənbar vilayətlərində 386 terrorçunu məhv edib. Ölkənin müdafiə naziri Xalat Əl-Übeydi əməliyyatda iştirak edən hərbçiləri ziyarət edib. Cəbhədə əsgərlərlə görüşən Əl-Übeydi terrorçuların mövqeyini toplarla bombalayıb.
Səlahəddin vilayətinin mərkəzi Tikriti mühasirəyə alan İraq döyüşçüləri İŞİD mövqelərini raket və top atəşinə tutur. Ətraf kəndlər terrorçulardan tamamilə azad edilib. İraq döyüşçülərinə havadan təyyarələr dəstək verir. Ələ keçirilən bölgələrdə İŞİD-ə aid çox sayda partlayıcılarla dolu avtomobil zərərsizləşdirilib, silah anbarı məhv edilib. Əməliyyatlarda İraq qoşunlarına Könüllü Xalq Gücləri də dəstək verir.
OXŞAR XƏBƏRLƏR
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib