Cəlilabadda faciə: 9 yaşlı oğlan su kanalında boğuldu
Cəlilabadda ehtiyatsız davranan azyaşlı su kanalına düşərək boğulub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. 9 yaşlı Xəqani Zakir oğlu Həsənov ayağının sürüşməsi nəticəsində kənddən keçən su kanalına düşərək boğulub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Onların 2 saata yaxın apardıqları axtarışlar nəticəsində Xəqani Həsənovun meyiti batdığı yerdən 200 metr kənarda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Kənd sakinlərinin sözlərinə görə, Xəqani su kanalın yaxınlığında plastik su butulkaları toplayırmış.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:36
184
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1171
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1945
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1939
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1228
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
458