Türkiyə səfiri: “Çanaqqala tədbirləri ilə dünyaya sülh mesajı vermək istəyirik"
“Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bununla bağlı Ermənistanla yazışma içərisində deyilik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik”.
APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun deyib.
Səfir Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara da münasibət bildirib:
“Rusiya kimi çox yaxşı münasibətlər qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunla qarşılaya bilərik”.
Səfir tədbirdə konkret olaraq hansı ölkələrdən nümayəndələrin iştirak edəcəyi haqda məlumatının olmadığını söyləyib. Əlavə edib ki, Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib