Moskvada azərbaycanlı dostlarının yanında öldürülüb
Rusiya paytaxtında 28 yaşlı azərbaycanlı güllələnib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, hadisə Moskva vilayətinin Domodedovo şəhərində baş verib. 28 yaşlı Azərbaycan vətəndaşı yaralı vəziyyətdə Domodedovo Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Aparılan araşdırma nəticəsində azərbaycanlının iki yoldaşı ilə birlikdə kafedən çıxarkən güllələndiyi məlum olub. Naməlum şəxs ona odlu silahdan atəş açıb. Ağır yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:36
281
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1198
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1971
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1943
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1234
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
462