Gəncədə minik avtomobili yük maşını ilə toqquşdu: 2 yaralı
Gəncə-Şəmkir avtomobil yolunun ikinci kilometrliyində 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 1971-ci il təvəllüdlü İlham Mürsəlovun idarə etdiyi “Howo” markalı sement daşıyan avtomobil Göygöl rayon Quşqara kənd sakini, 1982-ci il təvəllüdlü Tariyel Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü və sərnişini, 1980-ci il təvəllüdlü Elmir Elman oğlu İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər sürücünün vəziyyətini qənaətbəxş, sərnişinin isə səhhətini orta-ağır qiymətləndirirlər. Faktla araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:36
281
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1198
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1971
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1943
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1234
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
462