İŞİD-dən daha bir vəhşilik: terrorçular tarixi şəhəri məhv ediblər
İŞİD terror təşkilatının silahlıları İraq ərazisində yerləşən qədim Assuriya şəhəri Nimrudun qalıqlarını məhv ediblər. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Turizm və Tarixi Abidələr Nazirliyinin açıqlamasında bildirilir.
“İŞİD tarixi Nimruda hücum edərək şəhəri ağır texnika vasitəsilə məhv edib”, deyə məlumatda bildirilir.
Nazirlik, həmçinin, silahlıların qiymətli tarixi mədəniyyət nümunələrinin aparılması üçün yük maşınlarından istifadə etdiyini bildirib. Rəsmi qurumlar indiyədək dağıntıların miqyasını müəyyən edə bilməyib.
Qeyd edək ki, İŞİD bundan əvvəl Mosulda nadir tarixi abidələri məhv edib.
OXŞAR XƏBƏRLƏR
16:36
281
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1198
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1971
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1943
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1234
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
462