Bakıda ağır qəza: "Mercedes" avtobusla toqquşub
Bakının Yasamal rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücü "Mercedes" markalı avtomobillə Lökbatan qəsəbəsindən Bakı beynəlxalq avtovağzalı istiqamətində hərəkətdə olarkən, yağışlı havada sürəti düzgün seçməyib. Yüksək sürətlə hərəkətdə olan avtomobil sürücünün nəzarətindən çıxaraq, əvvəlcə yolayırıcı səddə çırpılıb. Daha sonra "Mercedes" Şəkidən Bakıya gələn sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində "Mercedes"dəki sərnişin Nicat Süleymanov ağır, digər sərnişinlər və sürücü isə yüngül xəsarət alıblar.
Yaralı Nicat Süleymonov deformasiyaya uğramış avtomobildə sıxışıb qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar yaralını xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər. Nicat Süleymanov xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?