Xamneyinin səhhəti qəfildən kəskin pisləşib
İranın ali dini lideri ayətullah Əli Xamneyinin səhhəti kəskin pisləşib.
APA TV-nin “İnterfaks”a istinadən yaydığı xəbərə görə, bu barədə ərəb kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumatda bildirilir ki, dünən axşam saatlarında Tehran xəstəxanalarından birinə yerləşdirilən Xamneyi əməliyyat olunub və əməliyyatdan sonra səhhəti kəskin pisləşib. İranın rəsmi mənbələri hələlik bu xəbəri təsdiqləməyiblər. Xatırladaq ki, həkimlər İranın ali dini liderinə prostat vəzinin xərçəngi diaqnozu qoyublar. Ötən ilin sentyabrında Xamneyi prostat vəzindən əməliyyat olunub. Bəzi məlumatlara görə, bəd xassəli şiş metastaz verib və şaxələnərək digər orqanlara yayılıb.
OXŞAR XƏBƏRLƏR
16:36
352
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1216
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
1987
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1946
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1237
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
16:45
465