Suriya Hərbi Hava Qüvvələrinin binasına hücum olub, 34 nəfər ölüb
Hələbdə Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinə məxsus binaya hücum olub. APA TV-nin məlumatına görə, nəticədə 20 hərbçi və 12 üsyançı həlak olub. Qeyd olunur ki, hökumət binasının ələ keçirmək məqsədi ilə həyata keçirilən hücum yaxınlığındakı tunelin partladılması ilə başlayıb. Suriya hərbçilərinin hücumları dəf etdiyi bildirilsə də, ərazidə ayrı-ayrı toqquşmalar indiyədək davam etməkdədir.
"ABŞ İŞİD terrorçu qruplaşmasını məhv etməyə tələsmir". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib. Onun sözlərinə görə, ABŞ Suriya prezidenti Bəşər Əsədin ətrafında vəziyyətin gərgin olaraq qalmasında maraqlıdır. “Ağ Evin uzaqgörən olmayan siyasəti problemlərə gətirib çıxarır. Bu məsələlərlə isə beynəlxalq aləm mübarizə aparmalı olur. Təəssüf ki, rəsmi Vaşinqton həmişə olduğu kimi terrorizmlə mübarizədə "ikili standart"lardan istifadə edir” - deyə N.Patruşev bildirib.
OXŞAR XƏBƏRLƏR
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib