İraqda 38 İŞİD terrorçusu məhv edilib
İraq ordusu beynəlxalq koalisiya qüvvələri ilə birgə ölkənin qərb hissəsində əməliyyat keçirib. APA TV-nin məlumata görə, əməliyyat çərçivəsində İŞİD-in 38 terrorçusu məhv edilib. Fəllucə şəhərində 13, əl-Bağdadi şəhərində isə 25 terrorçu öldürülüb. Onların arasında İŞİD-in Fəllucədəki komandiri Naim əl-Şaha da olub.
Digər yandan, rəsmi Bağdad Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyatın miqyasını və vaxtını özü müəyyən edəcək. Bunu İraqın müdafiə naziri Xalid əl-Obeydi bəyan edib.
“Bu bizim, İraq ordusunun savaşıdır. ABŞ-ın rəhbərliyi ilə koalisiyanın rolu yalnız hava zərbələrindən ibarətdir. Bu barədə müvafiq razılaşma mövcuddur” - deyə, X.Obeydi türkiyəli həmkarı İsmət Yılmazla görüşdən sonra bildirib.
İ.Yılmaz isə qeyd edib ki, Türkiyə Mosulun azad edilməsində İraqa nəqliyyat və kəşfiyyat sahəsində hərbi yardım göstərməyə hazırdır.
Xatırladaq ki, fevralda ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Mosul şəhərinin azad edilməsi əməliyyatını aprel-may aylarında başlanacağını bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib