Rostovda çemodandan azərbaycanlının doğranmış meyiti tapılıb
Rusiyada bir müddət öncə həbsdən azad olunan azərbaycanlının meyiti doğranmış vəziyyətdə çemodandan aşkarlanıb. APA TV-nin Vesti.az-a istinadən verdiyi məlumata görə, hadisə Rostov vilayətinin QRES deyilən ərazisində qeydə alınıb. Tapılan iri çemodanın içərisində doğranmış insan bədəninin hissələri olub. Məlum olub ki, vəhşicəsinə qətlə yetirilmiş şəxs kişidir. Öldürülən şəxs bir müddət öncə həbsxanadan çıxan və Rostov vilayətinin Şaxtax qəsəbəsində yaşayan 46 yaşlı Tağıyev Nail Cabir oğludur. Onun təxminən bir ay əvvəl qətlə yetirildiyi qeyd olunub. Azərbaycanlının bu cür amansızlıqla öldürülməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
162
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
441
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1296
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2022
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1952
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1243