ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini bir il artırdı
ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini bir il artırıb. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, dövlət başçısı bu qərarını Avropa liderləri ilə birgə çıxış etdiyi videokonfransda bəyan edib. ABŞ rəsmi dairələri Rusiyaya qarşı 2014-cü ildən tətbiq olunan sanksiyaların davam etdirilməsi ilə bağlı Barak Obamaya daha öncə müraciət ediblər. Səbəb kimi Ukraynada baş verən hadisələr göstərilib. Minsk anlaşmasından sonra münaqişənin nizamlanmadığını əsas gətirən və buna görə Moskvanı ittiham edən rəsmi Vaşinqton 16 mart, 20 mart və 19 dekabr tarixli sanksiyaları daha bir il qüvvədə saxlayıb.
OXŞAR XƏBƏRLƏR
19:30
162
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
441
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1296
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2022
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1952
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1243