Qaxda yaşayış evi yanıb
Qaxda fərdi yaşayış evi yanıb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə şəhərin Qax-Muğal küçəsində, İlqar ibrahimxəlil oğlu Cəlilova məxsus, ümumi sahəsi 80 kv/m olan kürsülü birmərtəbəli, 2 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar NazirliyininQax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları tamamilə və yaşayış sahəsinin 40 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi, yanan evə bitişik qonşu ev və həyətdə olan digər iki yardımçı tikili yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib