Bakıda oğlu tərəfindən bıçaqlanan ata ölüb - TƏFƏRRÜAT
Bakıda oğlu tərəfindən bıçaqlanan ata xəstəxanada dünyasını dəyişib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 25-da 1958-ci il təvəllüdlü Elman Ağaverdi oğlu Sadıqovu oğlu Malik Sadıqov bıçaqlayıb. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidov APA TV-yə bildirib ki, ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən E. Sadıqov ötən gecə xəstəxanada ölüb. İlkin məlumata görə, Sadıqov ailə üzvləri ilə bərabər axşam yeməyi yeyib. Ailənin bütün üzvləri spirtli içki qəbul ediblər. Yemək zamanı Elman Sadıqovla həyat yoldaşı arasında anlaşmazlıq olub və onlar mübahisə ediblər. Bu zaman oğlu Malik mətbəxdən götürdüyü bıçaqla atasına bir necə zərbə endirib.
Polislər tərəfindən saxlanılan Malik Sadıqovun ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatda olduğu müəyyənləşib.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib