Kadırovun telefonla danışdığı terrorçu könüllü təslim olub
Çeçenistanda quldur dəstələrinin başçılarından biri Zəlimxan Maqomadov təslim olub. APA TV-nin məlumatına görə, "Çeçen Respublikasının ərazi əmiri" Voykovo qəsəbəsində mühasirəyə alınıb. Onu təslim olmağa Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov inandırıb. Maqomadovun üzərində külli miqdarda partlayıcı maddə olub.
"Təhlükəli vəziyyət yarandı. Partlayıcı qurğunun partladılması qurbanlara gətirib çıxara bilərdi. Biz "əmir"in telefon nömrəsini operativ şəkildə tapmağı bacardıq. Onunla əlaqə saxladım, çətin danışıqlar keçirdim, sonda Maqomadovu təslim olmağa, partlayıcı qurğunu işə salmaqdan imtina etməyə inandırmağı bacardım”, - deyə Ramzan Kadırov bildirib.
Federal axtarışda olan Zəlimxan Maqomadov Kadırovun ədalətli məhkəmə olacağı barədə verdiyi sözə görə təslim olub.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib