Moskvada azərbaycanlı qətlə yetirilib
Ötən gün Moskva şəhərinin cənub-şərqində tikinti gedən ərazidə Azərbaycan vətəndaşı güllələnib. Bu barədə APA TV-nin Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. Binadakı mənzildə boyama işləri ilə məşğul olan işçilər atəş səsi eşidiblər və polis çağırıblar. Hadisə yerinə gələn polis əməkdaşları başından, kürəyindən və qasıq nahiyəsindən güllə yarası almış 44 yaşlı azərbaycanlının meyitini aşkarlayıblar. Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə idarəsinin mətbuat xidməti faktı təsdiqləyib. Qətlə yetirilən Azərbaycan vətəndaşının 1969-cu il təvəllüdlü İsgəndərov Radik Həbib oğlu olduğu müəyyənləşib.
Gəncə şəhərində doğulan Radik İsgəndərovun Rusiyada yaşamaq üçün icazə sənədi olduğu bildirilir.
Qətlin təfərrüatlarına gəldikdə, şahidlərin ifadələrinə görə, qatilin qafqazlı olduğu məlum olub.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib