Cəlilabadda torpaq sürüşməsi baş verib
Cəlilabadda torpaq sürüşməsi qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Türkelli kəndi ərazisində baş verib. Bir həftə öncə yağan qar əriyərək sel suları şəklində dağlardan aşağı ərazilərə doğru axmağa başlayıb. Nəticədə əmələ gələn torpaq sürüşməsi yerli əhali üçün təhlükəyə çevrilib. Kənd sakinlərinin sözlərinə görə, sürüşmə zonası hər gün genişlənir.
Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından APA TV-nin cənub bürosuna bildirilib ki, son günlərin intensiv yağıntılarından sonra rayonun bir sıra yerlərində, o cümlədən Türkelli kəndində torpaq sürüşməsi faktları qeydə alınıb. Komissiya üzvlərinin iştirakı ilə sürüşməyə məruz qalmış ərazilərə təkrar baxış keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
19:30
279
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
532
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1365
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2025
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1956
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1247