Martın ilk gününün hava proqnozu - ÇİSKİN, DUMAN, KÜLƏK
Martın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, cənub küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, əsasən şimal və qərb rayonlarında havanın yağıntılı keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?