Göygöldə məktəb direktoru TIR maşınının altında qaldı
Göygöldə yük maşını piyadanı vuraraq öldürüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunda, Göygöl rayonun Hacıməlik kəndindən keçən hissəsində baş verib. Əslən Kəlbəcər rayonundan olan, hazırda Ağsu rayonunda məskunlaşan, 38 yaşlı Firdovsi Əhmədov yolu keçmək istəyərkən, 52 yaşlı Ukrayna vətəndaşı Yuriy Valçenkonun idarə etdiyi TIR tərəfindən vurulub. Piyada hadisə yerinə dünyasını dəyişib. Məlumata görə, ölən Firdovsi Əhmədov Kəlbəcər rayon Təhsil Şöbəsinə məxsus məktəblərin birinin direktoru vəzifəsində çalışıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
277
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
530
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1363
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2025
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1956
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1247