Paytaxtda 46 yaşlı kişi bıçaqlanaraq öldürüldü
Ötən gecə paytaxtda qətl olub. APA TV-nin məlumatına görə, 46 yaşlı şəxs bıçaqlanaraq öldürülüb. Hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb. Arzu Rzayev küçəsi ev 10, mənzil 19 ünvanında yaşayan 46 yaşlı İlham Feyzulini qonşuları küçənin ortasında yaralı halda görüblər. Kömək istəyən yaralı təcili yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Xəstəxanada məlum olub ki, İlham Feyzuli naməlum şəxs tərəfindən daxilə nüfuz edən 4 bıçaq zərbəsi alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq çoxlu qan itirən yaralı dünyasını dəyişib.
Suraxanı rayon Polis İdarəsinin əməkdaşları qatilin axtarışını davam etdirir.
OXŞAR XƏBƏRLƏR
19:30
279
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
532
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1365
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2025
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1956
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1247