Abşeronda ağır qəza: 1 ölü, 5 yaralı
Abşeron rayonunda ağır yol qəzası baş verib. APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 27-də saat 01.00 radələrində qeydə alınıb. Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə maşında olan sərnişinlərdən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, sürücü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobilin beton dayaqlara dəydiyi bildirilir.
OXŞAR XƏBƏRLƏR
19:30
315
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
563
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1392
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2028
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1960
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1251