Bakıda mülayim hava şəraiti gözlənilir
Fevralın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, mülayim cənub küləyi əsəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman, şimal və şərq rayonlarında çiskin olacaq. Cənub küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib