Mərc oyununda 1200 manat uduzdu, polisə yalan məlumat verdi
Topaz mərc oyunları şəbəkəsində işləyən Zaqatala rayon sakini, 21 yaşlı Orxan Kamil oğlu Muxratov polisə yalan məlumat verdiyinə görə həbs olunub. APA Tv-nin xəbərinə görə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək naməlum şəxs və ya şəxslər tərəfindən döyüldüyünü bildirən gənc 1560 manatının oğurlandığını da deyib. Polisdə ifadə verən Orxan Muxtarovun yalan söylədiyi üzə çıxıb: "Mərc oyununda 1200 manat uduzdum, sonra özümə xəsarət yetirdim".
Araşdırma zamanı məlum olub ki, Qədir Məmmədov küçəsindəki Topaz mərc oyunları kontorunda işləyən Orxan Muxtarov yığılan pulları özü oyun zamanı uduzub. Bundan sonra daşla özünə xəsarət yetirən gənc polisə müraciət edərək, yalan ifadə verib.
OXŞAR XƏBƏRLƏR
19:30
314
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
561
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1390
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2028
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1960
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1251