Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. APA TV-nin məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar.Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.
OXŞAR XƏBƏRLƏR
16:36
591
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
655
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1516
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1038
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1333
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
730