Yasamalda mağaza yanıb
Ötən gecə paytaxtın Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi 62 ünvanında yerləşən dükanda baş verib. Yanğını görən sakinlər hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Yanğının baş verdiyi ünvana gələn Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun qarşını almağa müvəffəq olublar. Bundan başqa yanğınsöndürənlər alovun obyektə bitişik ərazilərə yayılmasının qarşını alıblar.
Hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Yanğın nəticəsində xəsarət alan olmasa da, mağazanın 10 kvadrat metri içindəki əşyalarla birlikdə yanıb.
OXŞAR XƏBƏRLƏR
19:30
341
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
582
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1408
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2031
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1962
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1253