İmişli, Beyləqan və Ağdamda Tibbi-Sosial Ekspert Komissiyalarının binaları istifadəyə verilib
Tibbi-Sosial Ekspert Komissiyalarının İmişli, Beyləqan və Ağdam şöbələrinin inzibati binaları istifadəyə verilib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumat görə, respublikanın bölgələrində əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlillik müayinələrinin müasir tələblərə uyğun şəraitdə aparılmasının təmin olunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nazirliyin Ağcabədi və Ağdam rayonları üzrə 22 saylı, Saatlı və İmişli rayonları üzrə 34 saylı, Beyləqan və Füzulu rayonları üzrə 37 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) yeni inzibati binalarının açılışı olub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, hazırda nazirliyin digər yerli struktur bölmələri kimi, həmin komissiyalarda da əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması üçün müvafiq işlər aparılır. Ötən ilin ortalarından bu vaxta qədər artıq 18 TSEK yeni inzibati binalarla təmin olunub. Tədbirlər zamanı TSEK-lər üçün yaradılmış yeni iş şəraitlərinə, müayinə avadanlıqlarına, göstərilən tibbi-sosial ekspertiza xidmətinə, eləcə də müvafiq göndərişlərin elektron şəkildə qəbul olunması prosesinə baxış olub. Komissiyaların kollektivlərinə əhaliyə xidmətin layiqli səviyyədə, şəffaf şəkildə həyata keçirilməsi, əlilliyi olan şəxslərin reabilitasiyası işinin bərpa mərkəzləri ilə əlaqəli şəkildə təşkili barədə tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib