Milanda “Xocalıdakı qırmızı mələk” tamaşasının premyerası keçirilib
Milanda “Teatro Filodramaticci”də Xocalı soyqırımından bəhs edən “Angelo rosso a Khodjaly” (“Xocalıdakı qırmızı mələk”) tamaşasının premyerası keçirilib. “APA-Holdinq”in Milana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmış tamaşa “APA Holdinq”ə daxil olan “lent.az” saytında Vüsalə Məmmədovanın müəllifi, Qabil Abbasoğlunun redaktoru olduğu “Əsir düşərgəsi” layihəsi əsasında hazırlanıb.
Tamaşanın ssenari müəllifi “lent.az”ın redaktoru Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihat İsadır. Tamaşada Milan teatrının aktyor heyəti rol alıb. Tamaşa Azərbaycan və İtalya musiqilərindən istifadə olunmaqla, Xocalıda girov götürülmüş şəxslərin dramını əks etdirir.
Premyerada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli media nümayəndələri iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib