Bakının 2 rayonuna yeni prokuror təyin olundu
Bakının Yasamal və Nərimanov rayonlarına yeni prokurorlar təyin edilib. Lent.az-ın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə daha əvvəl Baş Prokurorluqda Milli Təhlükəsizlik (MTN) və Fövqəladə Hallar Nazirlikləri (FHN), Dövlət Sərhəd Xidmətinin (DSX) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi işləmiş baş ədliyyə müşaviri Rasim Hacıyev Yasamal rayon prokuroru vəzifəsinə təsdiqlənib. Bundan başqa, daha əvvəl Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışmış Vüqar Əliyev Nərimanov rayon prokuroru vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, bir müddət idi ki, Rasim Hacıyev Yasamal rayon, Vüqar Əliyev isə Nərimanov rayon prokurorunun vəzifəsini icra edirdi. Baş prokurorun imzaladığı müvafiq əmrlərlə onlar bu vəzifələrə rəsmən təsdiqləniblər.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?