Avropa Oyunlarının könüllüləri - “Alov qoruyanlar”ın təqdimat mərasimi olub
Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının könüllüləri – “Alov qoruyanlar” və texniki işçilərin geyəcəyi uniformalar ictimaiyyətə təqdim olunub. APA TV-nin məlumatına görə, Heydər Əliyev adına Arenada təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunları haqqında videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının tarixi, mötəbər yarışa hazırlığın gedişi barədə məlumat verib. Könüllülərin işini yüksək qiymətləndirən Azad Rəhimov fevralın sonu - martın əvvəlində bütün idman obyektlərinin yarışa hazır olacağını və arenalarda test yarışlarının təşkil olunacağını diqqətə çatdırıb.
“Bakı-2015”i televiziya vasitəsilə Avropada 150 milyondan artıq tamaşaçının izləyəcəyini diqqətə çatdıran nazir Avropa Oyunlarının Bakının simasını daha da gözəlləşdirdiyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarının brendi və maskotları barədə məlumat verilib.
“Bakı-2015”in idman və ulduz elçilərinin qatıldığı tədbirdə üzərində Avropa Oyunlarının elementləri həkk olunan uniformalar geyən konüllülər və texniki işçilər səhnəyə qalxıblar.
“Alov qoruyanlar”ın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra könüllülərin fləşmobu təqdim olunub.
Tədbir “Bakı-2015”in ulduz elçilərinin konsert proqramı ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?