Güclü qar Neftçala rayonuna ziyan vurub
İntensiv yağan qar Neftçalada fəsadlar törədib. Neftçala Fövqəladə Hallar Komissiyasından APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 21-22-də rayon ərazisinə düşən qarın qalınlığı 70 santimetrə çatıb. Rayon mərkəzi daxil olmaqla bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Rayon ərazisində qarın ağırlığına tab gətirməyən talvarlar uçub, fərdi yaşayış evləri, bir sıra tikililərin dam örtüyü çöküb. Şəhər poliklinikası və məktəblər də qardan ziyan çəkib. Çoxillik ağaclar, o cümlədən qovaq ağacları kökündən qoparaq aşıb.
Hazırda rayonun daxili imkanları hesabına təbii fəlakətin fəsadları aradan qaldırılır.
OXŞAR XƏBƏRLƏR
16:36
547
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
604
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1480
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1034
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1329
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
726