Gəncədə avtomobillə vurulan piyada ölüb
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə fevralın 23-də günorta saatlarında qeydə alınıb. Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Sabir oğlu Həsənov idarə etdiyi “VAZ 2105” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 52 yaşlı Natiq Mirzəyevi vurub. Yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəza zamanı sürücü E. Həsənov da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:30
415
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
655
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1477
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2033
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1965
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1257