Bu gün Azərbaycanda ard-arda 3 zəlzələ qeydə alınıb
Bu gün ölkə ərazisində ardıcıl olaraq 3 zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, səhər saatlarında Xəzər dənizində baş verən yeraltı təkanın maqnitudası 3.8, dərinliyi 54 km olub. Daha sonra Şəmkir və Qəbələdə də zəlzələ baş verib. Qəbələdə zəlzələ saat 11:57-də Qəbələdən 20 km şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.
Saat 12:04-də isə Şəmkir rayonu ərazisində, Gəncədən 31 km şimali-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR
19:30
416
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
655
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1477
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2033
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1965
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1257