Ağcabədi və Balakən sakinlərindən narkotik götürülüb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları evində narkotik vasitə saxlayan rayon sakinini yaxalayıblar. Şöbənin müstəntiqi Rüfət Məmmədovun sözlərinə görə, daxil olmuş əməliyyat məlumatına əsasən, rayonun Hindarx qəsəbə sakini Mamedov Rüfət Məhərrəm oğlunun evindən 800 qram qurudulmuş marixuana aşkarlanıb.
APA TV-nin xəbərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı digər bir əməliyyatı isə Balakən polisi həyata keçirib. Balakən RPŞ-yə daxil olan məlumat əsasında rayonun Gərəkli kənd sakini, 1958-ci il təvəllüdlü Nurəddin Mustafa oğlu Kiçiliyevin yaşadığı evdə narkotik vasitə olduğu barədə məlumat daxil olub. Görülən tədbirlər nəticəsində Nurəddin Kiçiliyevin evinin çardağından çəkisi 1 kq 500 qram olan qurudulmuş marixuana, dibçək qabda əkilmiş 20 ədəd narkotik bitki hesab olunan çətənə aşkarlanıb. Onun evindən həmçinin 1 ədəd avtomat Kalaşnikov silahının boş darağı, 201 ədəd 7,6 çaplı güllə və 54 ədəd TOZ-8 yivli silahının gülləsi götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib