Ukraynada separatçılar Mariupol istiqamətində hücumları gücləndirib
Ukraynanın şərqində döyüşlər səngimir. Antiterror Mərkəzindən verilən xəbərdə deyilir ki, separatçıların Mariupol istiqamətində növbəti hücumunun qarşısı alınıb.
APA TV-nin məlumatına görə, Donetçina bölgəsində Pervomaysk yaşayış məntəqəsi üzərində separatçılara aid pilotsuz uçan aparat vurulub. Şirokino qəsəbəsi yaxınlığında isə silahlılar Ukrayna hərbçilərinin mövqelərini atəşə tutaraq basqın ediblər. Bu hücumların qarşısı alındıqdan sonra separatçılar nisbətən sakitləşiblər. Buna baxmayaraq digər istiqamətlərdə - Vadyanoye, Stepnoye, Peski və Avdeyevka qəsəbələri "Qrad"larla atəşə tutulub. "DXR"-dan verilən məlumatda isə Deboltsevoda hələ də 500 Ukrayna hərbçisinin hələ də mühasirədə olduğu, onların kiçik qruplar şəklində mühasirəni yarmaq istədikləri bildirilib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?