Hava daha da soyuyacaq, yollar buz bağlayacaq
Fevralın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 isti, dağlarda isə gecə 7-12 dərəcə şaxta, gündüz 2-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq. Fevralın 23-dən başlayaraq hava şəraitinin mülayimləşəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?