Bakıda zəncirvarı qəza: xəsarət alan var
Gecə saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən zəncirvarı yol qəzası baş verib. APA TV-nin məlumatna görə, hələlik kimliyi məlum olmayan "Toyota" markalı minik avtomobilinin sürücüsü prospektlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarında dayanan Seyidağa İsgəndərova məxsus eyni markalı maşına, o da öz növbəsində Asim Qabulovun idarə etdiyi “Nissan” markalı avtomobilə çırpılıb. Baş verən qəzada hər üç avtomobilə ciddi ziyan dəyib, qəzaya səbəb olan kimliyi məlum olmayan "Toyota"nın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerini tərk edib. Qəzadan sonra adı çəkilən prospektdə avtomobillərin hərəkətində müvəqqəti olaraq məhdudiyyət də yaranıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib