Həmsədrlər bölgəyə səfərlə bağlı birgə bəyanat yayıblar
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin məqsədi yanvar ayında zorakılıq hallarının təhlükəli həddə çatmasından sonra tərəfləri güclü şəkildə atəşkəsə sadiq qalmağa çağırmaq olub”.
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə həmsədrlərin regiona son səfərlə bağlı verdikləri birgə bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andryu (Fransa) fevralın 16-19-da regiona səfər ediblər. Səfərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib: “Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə, o cümlədən Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşüblər. Görüşlərdə tərəflər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləyib. Prezidentlər həmçinin həmsədrlərin atəşkəsi gücləndirməyə xidmət edəcək təkliflərini nəzərə almağa razılıq veriblər”.
Görüşlərdə iki ölkə prezidentlərinin bu ilin sonuna planlaşdırılan görüşünə hazırlıq məsələləri müzakirə olunub. Həmçinin münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələləri müzakirə etmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüş keçirilib.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib