Sabah Bakıda qar yağacaq, güclü şimal küləyi əsəcək
Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şəraitinin arabir fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR
19:30
468
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
700
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1529
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2045
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
19:31
1972
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
19:31
1261