Böyük Britaniya: “Rusiya bizim üçün real təhlükəyə çevrilib”
Britaniyanın müdafiə naziri Maykl Fellon bəyan edib ki, Rusiya bu ölkə üçün real təhlükə kəsb etməyə başlayıb. APA TV-nin məlumatına görə, Fellon əlavə edib ki, NATO Rusiyadan gözlənilən təhlükənin qarşısını almağa hər an hazır olmalıdır. Baş nazir Devid Kemeron isə nazirin sözləri ilə razılaşmayıb. O qeyd edib ki, Böyük Britaniya özünü müdafiə etməyə qadirdir və bu günlərdə Rusiya bombardmançı təyyarələrinin ələ keçirilməsi bunu sübut edir.
Qeyd edək ki, Rusiya döyüş təyyarələri son on illiklər ərzində ilk dəfə Britaniya sahilləri yaxınlığında uçuşlar keçirib. Britaniya qırıcıları dərhal havaya qalxaraq Rusiya təyyarələrini nəzarətə götürüb və sahil xəttinə yaxınlaşmağa imkan verməyiblər. London hesab edir ki, Rusiyanın bu ölkəni narahat etməyə cürəti çatmaz. Moskva daha çox Baltikyanı ölkələr üçün təhdid yarada bilər. Estoniyanın baş naziri isə bildirib ki, əgər ölkəsi üçün hərbi təhdid yaransa, NATO dərhal prosesə müdaxilə edəcək.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib