Lənkəran-Lerik yolunda torpaq sürüşməsi baş verib
Fevralın 17-dən başlayan intensiv yağışlar və qar Lənkəran-Lerik sosesində yenidən torpaq sürüşmələrinə səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, sürüşmə və torpaq uçqunları yolun əsasən 17, 19, 29 və 30-cu kilometrliklərində qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Mövcud vəziyyət sürücülərin də narahatlığına səbəb olub.
Hazırda Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası əraziyə nəzarət edərək, yola tökülmüş gil, torpaq qatını təmizləməklə məşğuldur. İdarədən APA TV-nin yerli bürosuna verilən məlumata görə, ərazidə sürüşmələrə qarşı həyata keçirilən tədbirlər mütəmadi xarakter daşısa da, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir. İdarə rəisi bunun başlıca səbəbini yay fəslinin quraqlıq, payız və qış aylarının isə yağıntılı keçməsi ilə əlaqələndirib.
Mövcud çətinliklərə baxmayaraq, hazırda Lənkəran-Lerik yolunda nəqliyyat vasitələri sərbəst hərəkət edir.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib