Afrika ölkələri Boko Harama qarşı vahid ordu yaratdı
Afrika ölkələri Boko Haram terror təşkilatına qarşı mübarizəni gücləndirməyə qərar verib. APA TV-nin məlumatına görə, Nigeriya ordusu keçirilən son əməliyyatla 300- dən çox terroristin öldürüldüyünü, 11 qəsəbənin nəzarətinin isə geri alındığını açıqlayıb. Əməliyyatlar Kamerunun Nigeriya sərhədindəki Fotokol qəsəbəsində daha da genişləndirilib. Kamerunlu komandir Belthus Kvene Bunun səbəbini açıqlayıb. Onun sözlərinə görə, Fotokol iki böyük regionu bir-birinə bağlayır - Qərb və Mərkəzi Afrika. Bütün tranzit yük daşımaları bu qəsəbədən həyata keçirilir.
Digər yandan Boko Haram qruplaşmasının Fotokolda yüzlərlə günahsız insanı qətlə yetirməsi ilə bağlı xəbərlər gəlməkdə davam edir.
Kamerun, Nigeriya və Çad Boko Haramı bölgədən təmizləmək üçün bütövlükdə 9 min zabit və əsgərdən ibarət vahid ordu formalaşdırıb. Keçirilən quru əməliyyatlarına havadan da dəstək verilir.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib