Sabunçuda "Fiat" dərəyə aşdı
Ötən gecə Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil dərin quyuya yuvarlanıb. APA TV-nin məlumatına görə, sürücü Əhəd Nemətov taksi kimi idarə etdiyi "Fiat" markalı minik avtomobili ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olarkən avtomobili dərin çuxura salıb.
Sürücünün sözlərinə görə, qazıntı ilə bağlı nişanlar olsa da, onların heç biri görünmür. Yalnız mərkəz istiqamətində hərəkətdə olarkən nişanları görmək olur. Hava limanına tərəf gedəndə isə nişanlar tərsinə qoyulduğundan və yollar işıqlandırılmadığından onları görmək demək olar ki, mümkün deyil. Çuxurun hansı qurum tərəfindən qazıldığı hələlik məlum olmasa da, yaxınlıqda yaşayanların sözlərinə görə, xeyli müddətdir, orada işlər dayandırılıb. Bu da qaranlıqda sürücülərə xeyli problem yaradır.
Qəza ilə bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?