Poroşenko Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini təklif edib
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini təklif edib. APA TV-nin məlumatına görə, bu barədə ölkə başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib. O vurğulayıb ki, əldə edilmiş razılaşmaların yerinə yetirilmədiyini əvvəlcədən təxmin edib. "Mən bu məsələni Minsk danışıqlarında Fransa və Rusiya prezidentləri, habelə Almaniyanın kansleri ilə müzakirə etmişəm. Bugünkü qərardan sonra ümidvaram ki, rəsmi olaraq, bu məsələ ilə bağlı tərəfdaşlarımızla sülhü təmin edəcək məsləhətləşmələrə başlayacağıq” - deyə P.Poroşenko bildirib.
Poroşenko hərbi uniformasıyla hücumların davam etdiyi Donetskin Debaltsevo qəsəbəsinə gedərək əsgərlərə şərəf medalı taxıb. Kiyev rəhbərliyi bu bölgədə ağır silahlarla hücum edən separatçıların atəşkəsi dəfələrlə pozduğunu da vurğulayıb.
Separatçıların mərkəzi bazası Donetsk və Luqansk rayonlarının arasındakı Debaltsevo avtomobil və dəmir yolu şəbəkələrinin mərkəzində olmasına görə böyük əhəmiyyət daşıyır.
Ukrayna ordu hissələrinin çıxdığı bölgələrdə seperatçılar binalara bayraqlarını asıblar. Ancaq hökumət qüvvələri daxil olduqları bəzi nöqtələrə nəzarətini itirməyib.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib