Elnur "O səs Türkiyə"nin qalibi oldu
"O səs Türkiyə" müsabiqəsinin qalibinin adı açıqlanıb. APA TV-nin məlumatına görə, daha çox səs toplayan azərbaycanlı müğənni Elnur Hüseynov müsabiqənin qalibi olub.
Qeyd edək ki, yarışmanın final gecəsində iştirakına davam edən yeganə azərbaycanlı Elnur Hüseynov olub. Ebru Gündeşin komandasında yarışan həmyerlimiz birinci olaraq "O Sole Mio" opera parçasını səsləndirib.
Daha sonra E.Hüseynov ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.
Növbəti dəfə səhnəyə çıxan ifaçı bu dəfə ilk seçim turunda ifa etdiyi "Lutch" (Sem Smit) mahnınısı yenidən oxuyub.
Növbəti səsvermədə azərbaycanlı iştirakçı son ikiliyə qalaraq, qalib olmaq üçün yarışmağa davam edib.
Səsvermənin açıqlanması və Elnur Hüseynovun qalib olması zalda böyük coşqu ilə qarşılanıb.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib