Bakıda qardaş-bacını bıçaqlayan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib
Bakıda qardaş-bacını bıçaqlamaqda təqsirləndirilən Rasim Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, Türkan Hüseynova və onun qardaşı Elvin Hüseynliyə bıçaqla ağır xəsarət yetirmiş 1981-ci il təvəllüdlü Rasim Mustafayev əvvəllər də məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, hadisədən bir gün əvvəl Türkan Hüseynova ilə Rasim Mustafayev arasında narazılıq yaranıb. Məsələni ayırd etmək məqsədi ilə təqsirləndirilən şəxs onların evinə gəlib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs qardaş-bacını bıçaqlayıb. 24 yaşlı Elvin Hüseynli aldığı xəsarətdən ölüb, 33 yaşlı Türkan Hüseynovaya ağır yaralanıb.
Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
16:36
521
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
579
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1459
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1034
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1329
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
726