Gəncədə arvadını qətlə yetirən şəxsin əvvəlki həyat yoldaşını da öldürdüyü məlum olub
Gəncədə arvadını qətlə yetirən şəxsin əvvəlki həyat yoldaşını da öldürdüyü məlum olub. Yerli hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, ötən ilin dekabrın 19-da həyat yoldaşı, 29 yaşlı Esmira Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 51 yaşlı Vidalət İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, Vidalət İsmayılov 2006-cı ildə ikinci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.
Qeyd edək ki, Vidalət İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.
OXŞAR XƏBƏRLƏR
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib